
Bakıda iyulun 27-dən etibarən müşahidə olunan güclü külək ciddi fəsadlara səbəb olub.
Qanuntv.az xəbər verir ki, "Unikal"ın yaydığı məlumata görə, iyulun 28-i səhər saatlarınadək paytaxt ərazisində 48 ağac aşıb, 63 ağac budağı sınıb.
Məlumata görə, ötən gün qırılan budaqlardan biri küçədə hərəkət edən qadının üzərinə düşərək onun xəsarət almasına səbəb olub.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, zərərçəkən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib. Müayinələr zamanı ona sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub.
Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib, sınıq gips longetlə fiksasiya olunub. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb və ev şəraitində müalicə ilə bağlı müvafiq tövsiyələr verilib.





