
Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 2003-cü il təvəllüdlü Ramin İmanqulu oğlu İsmayıllı xilas edilib.





