
Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza Quba–Qusar avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Mercedes" markalı minik avtomobili yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində minik avtomobilinin sürücüsü, Quba şəhər sakini, 1996-cı il təvəllüdlü Adil Qasımov ağır xəsarətlər alıb.
Hadisə zamanı Adil Qasımov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





