
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
QANUNTV.AZ xəbər verir ki, dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydaları da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
Qanunda edilən dəyişikliklər çox yüngül uçuş aparatlarının istismarına və hava məkanından istifadəsinə dair hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edir.




