
Ehtiyatda olan polkovnik Şahrəddin Balacanov vəfat edib.
Qanuntv.az xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.
Mərhum Qazax rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, Şahrəddin Balacanov 1992-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət edib. O, uzun illər Gəncə Şəhər Hərbi Hospitalının rəisi vəzifəsində çalışıb.
Birinci Qarabağ müharibəsi veteranı olan Şahrəddin Balacanov Vətən müharibəsindən bir müddət əvvəl səhhətində yaranan problemlərlə əlaqədar ehtiyata buraxılmışdı.
Allah rəhmət eləsin.





