
Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən pisləşib.
Qanuntv.az xəbər verir ki, bu barədə şairin oğlu Nazim Həsənzadə məlumat verib.
Onun sözlərinə görə, Nəriman Həsənzadənin vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil ağırlaşıb.
"Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar", – deyə Nazim Həsənzadə bildirib.
Hazırda Xalq şairinin müalicəsi həkimlərin nəzarəti altında davam etdirilir.





