
Prezident İlham Əliyev Türkiyə Respublikasında fəaliyyət göstərən Azərbaycan diplomatik nümayəndəlikləri ilə bağlı bir sıra kadr dəyişiklikləri edib.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Zamin Məmməd oğlu Əliyev Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov Türkiyənin Qars şəhərində Azərbaycan Respublikasının yeni baş konsulu təyin edilib.
Eyni zamanda, növbəti sərəncamla Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eləcə də Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Daha bir sərəncama əsasən isə Zamin Məmməd oğlu Əliyev Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin olunub.
Qeyd edək ki, sözügedən sərəncamlar Prezident İlham Əliyev tərəfindən imzalanıb və dərhal qüvvəyə minib.





