
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Çolpon-Ata şəhərində yerləşən İssık-Kul Beynəlxalq Hava Limanına eniş edib. Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini və birinci xanım Mehriban Əliyeva Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin inkişafı, strateji tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.





