
Azərbaycanın Xalq artisti, görkəmli kamança ifaçısı Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verilib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi adlandırılacaq.
Sənəddə Mədəniyyət Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə qərardan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görmək tapşırılıb.
Qeyd edək ki, Habil Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan sənətkarlardan biridir. Onun ifaçılıq fəaliyyəti və kamança sənətinin təbliğindəki xidmətləri Azərbaycan musiqi tarixində xüsusi yer tutur.





