
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev litvalı hərbi jurnalist Riçardas Lapaitisin Şuşa həbsxanasından bəhs edən reportajını sosial şəbəkə hesabında paylaşıb.
Qanuntv.az xəbər verir ki, Hikmət Hacıyev paylaşımını "Qafqazın Auşvitzi – Şuşa həbsxanası litvalı hərbi jurnalist Riçardas Lapaitisin gözü ilə. Dəhşətin şahidi" sözləri ilə təqdim edib.
Reportajda jurnalist Şuşa həbsxanasını ziyarət edərək burada saxlanılan azərbaycanlı əsirlərin məruz qaldığı işgəncələr, ağır saxlanma şəraiti və bu həbsxananın tarixi barədə məlumat verir.
Material beynəlxalq auditoriyaya təqdim olunub və Şuşa həbsxanasında baş vermiş hadisələrə diqqətin cəlb olunmasına xidmət edir.





