
Qanuntv.az xəbər verir ki, iyulun 30-31-də Bakı və Abşeron yarımadasında, eləcə də Azərbaycanın bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakı və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək.
Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux və Şəki rayonlarında isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyinin əsəcəyi bildirilir.
Küləyin sürətinin 13,9-20,7 m/san təşkil edəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikasında isə narıncı xəbərdarlıq elan olunub. Burada cənub-şərq küləyinin sürətinin 20,8-28,4 m/san-dək güclənəcəyi proqnozlaşdırılır.
Vətəndaşlara küləkli hava şəraiti ilə bağlı ehtiyat tədbirlərinə əməl etmək tövsiyə olunur.





