
Əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 27-də Bakı şəhərində iki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hadisələrlə bağlı iki çağırış daxil olub.
Məlumata əsasən, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları göndərilib.
Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsi ərazisindən daxil olan çağırış zamanı xəsarət alan bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.
Bundan əlavə, saat 10:25-də Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı xəsarət alan bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb.
Hazırda hər iki şəxsin müalicəsi müvafiq tibb müəssisələrində davam etdirilir.





