
Dünyanın ən istedadlı gənc futbolçularından biri hesab olunan Lamin Yamal haqqında maraqlı fakt ortaya çıxıb.
Qanuntv.az xəbər verir ki, əksər azarkeşlər futbolçunu "Yamal" soyadı ilə tanısa da, əslində bu, onun soyadı deyil.
Futbolçunun tam adı Lamin Yamal Nasrui Ebanadır. İspaniyada tətbiq olunan adlandırma qaydalarına əsasən, onun soyadları Nasrui (atasından) və Ebana (anasından) hesab olunur. "Lamin Yamal" isə futbolçunun tam adıdır.
Məlumata görə, "Lamin" adı ərəb dilindəki "Əl-Əmin" sözündən yaranıb və "etibarlı", "dürüst", "əmin" mənalarını ifadə edir.
"Yamal" isə ərəb dilindəki "Camal (Jamal)" sözünün bir variantıdır və "gözəllik", "zəriflik", "cazibə" mənalarını daşıyır.
Beləliklə, dünyaca məşhur futbolçunun adında istifadə olunan "Yamal" ifadəsi soyad deyil, onun şəxsi adının ayrılmaz hissəsidir.





