
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Qanuntv.az xəbər verir ki, bu barədə TASS agentliyi Kremlə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət başçıları ikitərəfli münasibətlər və beynəlxalq gündəmdə yer alan aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Konstruktiv xarakter daşıyan Rusiya–Azərbaycan münasibətləri, eləcə də hökumətlər və aidiyyəti qurumlar arasında intensivləşən dialoq xüsusi olaraq qeyd edilib", – deyə Kremlin yaydığı məlumatda bildirilir.
Telefon danışığının digər detalları barədə əlavə məlumatın veriləcəyi gözlənilir.





