
Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin yeni ştat sayının artırılması ilə bağlı fərman imzalayıb.
Qanuntv.az xəbər verir ki, TASS-ın yaydığı məlumata əsasən, yeni fərmana görə, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 426 130 nəfərə, o cümlədən hərbi qulluqçuların sayı 1 535 000 nəfərə çatdırılacaq.
Bildirilib ki, yeni qərarla Silahlı Qüvvələrin ümumi ştat sayı 27 min nəfər, o cümlədən hərbi qulluqçuların sayı 25 min nəfər artırılıb.
Qeyd edək ki, Prezident Vladimir Putinin imzaladığı fərman 2026-cı il avqustun 1-dən qüvvəyə minəcək.





