
Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışan Namidə İsayeva işindən ayrılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Namidə İsayeva özü məlumat yayıb.
O bildirib ki, dörd il fəaliyyət göstərdiyi vəzifəsindən öz ərizəsi əsasında ayrılmaq qərarı verib.
Namidə İsayeva paylaşımında rəhbərlik və kollektivə təşəkkürünü ifadə edərək, gələcək fəaliyyətində yeni hədəflərə yönələcəyini qeyd edib.
Qeyd edək ki, Namidə İsayeva son dörd il ərzində Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışıb.





