
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iyulun 31-də başa çatıb.
Çolpon-Ata şəhərindəki İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hava limanında Qırğız Respublikasının Baş naziri Adılbek Kasımaliyev və digər rəsmi şəxslər yola salıblar.
Qeyd edək ki, dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb, həmçinin bir sıra rəsmi tədbirlərdə və yeni layihələrin açılış mərasimlərində iştirak edib.






