
Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov təcili tibbi yardım briqadasının köməyi ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsindən sonra açıqlanacaq.





