
Azərbaycanda zəlzələ qeydə alınıb.
Lerik rayonunda 3,1 maqnitudalı yeraltı təkan baş verib.
Məlumata görə, zəlzələ Lerik seysmoloji stansiyasından 16 kilometr şərqdə, yerli vaxtla saat 01:47-də, 26 kilometr dərinlikdə qeydə alınıb.
Bildirilib ki, yeraltı təkan zəif olduğundan əhali tərəfindən hiss edilməyib.
Hazırda zəlzələnin hər hansı fəsada səbəb olması barədə məlumat yoxdur.





