
Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
İlkin məlumata görə, "Land Rover Discovery", "Toyota Camry", "Kia Sorento" və "Hyundai Santa Fe" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Hadisə zamanı dörd nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




