
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatı bu gün yekunlaşacaq.
Qanuntv.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) dünya çempionu olmaq uğrunda final görüşünə çıxacaq.
Təmsilçimiz həlledici qarşılaşmada İran idmançısı Benyamin Mayvanla üz-üzə gələcək. Azərbaycan güləşsevərləri İbrahim Həsənovdan qızıl medal gözləyirlər.
Qeyd edək ki, dünya çempionatında daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.
Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə dünya çempionatını bürünc medalla başa vurublar.





