
"Şamaxı" futbol klubuna ağır itki üz verib.
Qanuntv.az xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəli şəkildə həyatını itirib.
Klubun yaydığı məlumata görə, azyaşlı futbolçunun vəfatı ailəsi, yaxınları, komanda yoldaşları və futbol ictimaiyyətini dərin kədərə qərq edib.
Qeyd edək ki, Seyidəli Babazadənin ölüm səbəbi ilə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.
Allah rəhmət eləsin.





