
Azərbaycan hüquq ictimaiyyətinə ağır itki üz verib.
Qanuntv.az xəbər verir ki, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib.
Bu barədə məlumat E-hüquq.az tərəfindən yayılıb.
Bildirilib ki, İkram Kərimov 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, İkram Kərimov uzun illər hüquq sahəsində səmərəli fəaliyyəti ilə tanınıb, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri kimi Azərbaycan hüquq sisteminin inkişafına mühüm töhfələr verib.
Allah rəhmət eləsin.





