
Bakıda keçirilən U17 güləş üzrə dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov ilk görüşünü qələbə ilə başa vurub.
Qanuntv.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov 1/8 final mərhələsində Gürcüstan təmsilçisi Giorgi Narimanidze ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan güləşçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da İbrahim Həsənov yarışın növbəti mərhələsinə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanın digər təmsilçiləri Tunar Quliyev (71 kq), Elcan Həsənov (51 kq) və Elgün Kərimli (92 kq) ilk görüşlərində məğlub olaraq mübarizəni dayandırıblar.
Günün növbəti qarşılaşmalarında isə 48 kq çəki dərəcəsində çıxış edən Tunar Həsənov xalça üzərinə çıxacaq.





