
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinə yeni rəis təyin olunub.
Qanuntv.az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Ramin Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qüdrət Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Tovuz-Qazax Regional İdarəsi fəaliyyət göstərdiyi bölgədə dini qurumlarla işin təşkili, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini sahədə maarifləndirmə istiqamətində fəaliyyət həyata keçirir.





