SON DƏQİQƏ
Qanuntv.az » Gündəm » Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq faciəvi şəkildə ölüb
Gündəm / Hadisə

Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq faciəvi şəkildə ölüb

3-08-2026, 13:29 83
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq faciəvi şəkildə ölüb

Bakının Xətai rayonunda azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Qanuntv.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Məlumata görə, 2022-ci il təvəllüdlü İbrahim Kənan oğlu Qafarlı yaşadığı binanın 13-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb. Azyaşlı aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Oxşar xəbərlər