
Gürcüstan Dəmir Yollarına məxsus qatarların Bakıda təmir edildiyi təsdiqlənib.
Qanuntv.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC faktı təsdiqləyib.
Qurumdan verilən məlumata görə, görüntülər Biləcəri Lokomotiv Deposunda lentə alınıb. Burada Gürcüstan Dəmir Yollarına məxsus, "Stadler Rail Group" şirkətinin istehsalı olan bir vaqon, eləcə də "Stadler" markalı ikimərtəbəli qatarın 16 ədəd arabacığı təmir edilərək sifarişçiyə təhvil verilib.
Beləliklə, Azərbaycan dəmir yolu infrastrukturunda xarici ölkələrə məxsus dəmir yolu nəqliyyat vasitələrinin təmiri istiqamətində də xidmətlər həyata keçirilir.





