
Göyçayda Birinci Qarabağ müharibəsi zamanı itkin hesab olunan şəhidimiz Babayev Vüqar Səlim oğlu doğulub boya-başa çatdığı evə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak edir. Babayev Vüqarın vətən uğrunda göstərdiyi qəhrəmanlıq hər kəs tərəfindən böyük hörmətlə yad olunur.








