
Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə bir nəfərin batması ilə bağlı axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, dənizin nəzarətsiz hissəsində baş verib.
Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.
İlkin məlumata əsasən, 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun dənizdə batdığı ehtimal olunur. Hazırda dalğıc-xilasedicilər onun batdığı ehtimal edilən istiqamətlərdə intensiv axtarış işləri aparırlar.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, axtarış-xilasetmə əməliyyatı davam edir və hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.





