
Mərakeşdən olan miqrant qeyri-adi üsulla Avropaya keçməyə cəhd edərkən həyatını itirib.
Qanuntv.az Lent.az-a istinadən xəbər verir ki, hadisə İspaniyanın Şimali Afrikadakı Seuta anklavının ərazisində baş verib.
Məlumata görə, Mərakeş vətəndaşı paraşütlə uçuş üçün nəzərdə tutulan paraplandan istifadə edərək Seuta ilə sərhədi keçməyə çalışıb.
Milli Qvardiyadakı mənbələrin məlumatına əsasən, kişi uçuş zamanı dənizə düşüb. Hadisə nəticəsində o, həyatını itirib.
Hadisə Seuta anklavının şimal hissəsində yerləşən Benzu dalğaqıranının yaxınlığında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.





