
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Talıstan altı adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, VAZ-2106 markalı avtomobillə KIA markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində Bakı sakinləri – 1959-cu il təvəllüdlü Lətifət Məmmədova və 1996-cı il təvəllüdlü İbrahim Məmməli, həmçinin İsmayıllı sakinləri – 1959-cu il təvəllüdlü Cavid Süleymanov, 2011-ci il təvəllüdlü Fatimə Zəhra Vahabzadə və 1984-cü il təvəllüdlü Sahil Məmmədov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar hadisə yerindən təcili tibbi yardım avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





