
Bakıda yerləşən ticarət mərkəzlərindən birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən "Laçın" ticarət mərkəzində qeydə alınıb.
Məlumata görə, ticarət mərkəzində çalışan şəxslərdən biri naməlum səbəbdən liftin şaxtasına yıxılıb.
Ağır xəsarətlər alan şəxs təcili olaraq özəl tibb müəssisələrindən birinə çatdırılsa da, həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





