
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun ukraynalı həmkarı Andrey Sibiqa və digər yüksəksəviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Görüşlər zamanı Azərbaycan-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Səfərin yekunlarına dair əlavə məlumatların daha sonra ictimaiyyətə təqdim olunacağı bildirilib.





