
Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb.
Qanuntv.az xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, itkin düşən alpinistlərdən ikisi Belarus vətəndaşıdır.
Hadisədən sonra xilasedici qruplar əraziyə cəlb olunub. Hazırda itkin alpinistlərin yerinin müəyyənləşdirilməsi və onların xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Alpinistlərin hansı şəraitdə itkin düşdüyü və onların hazırkı vəziyyəti barədə hələlik əlavə məlumat verilməyib.
Axtarış-xilasetmə əməliyyatının nəticələri ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.





