
Çinin şərq bölgələrində güclü “Delfin” tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülüb. Şanxayda isə sahilyanı rayonlardan 30 mindən çox insan təxliyə edilib.
Çin Meteorologiya İdarəsi avqustun 8-də “Delfin” tayfunu ilə bağlı təhlükə səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə yüksəldib.
Qeyd edək ki, Çində fövqəladə hallara reaksiya üzrə dördsəviyyəli sistem tətbiq olunur. Bu sistemdə birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab edilir.
Meteoroloqların proqnozlarına əsasən, küləyin sürəti saniyədə 40 metrdən çox olan “Delfin” tayfununun avqustun 9-dan 10-na keçən gecə dənizdən Çinin şərq sahillərinə çıxacağı gözlənilir.
Hakimiyyət orqanları əhalini təhlükəsizlik tədbirlərinə əməl etməyə və zərurət yaranacağı təqdirdə təxliyə göstərişlərinə riayət etməyə çağırıb.





