
Goranboy rayonunda 18 yaşlı qızın meyiti yaşadığı evdə aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Məlumata görə, 2008-ci il təvəllüdlü Z. Qurbanovanın meyiti ailəsinin yaşadığı evdə tapılıb.
Hadisə ilə bağlı əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Meyit müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib. Gənc qızın ölümünün dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq hadisənin səbəbləri və ölümün halları ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.





