
Samux rayonunun Yenikənd kəndində Kür çayında batan qızın meyiti tapılıb.
Qanuntv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qanuntv.az





