
Balakən rayonunun Katex kəndində üç avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza nəticəsində üç nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb.
Məlumata görə, hadisə zamanı 1974-cü il təvəllüdlü Pərvanə Məmmədova, Məryəm Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Mütəllibov hadisə yerində ölüblər.
Qəza nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Soltanov Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanılıb. Hadisənin səbəbləri və digər hallar araşdırılır.





