
Şamaxı-İsmayıllı avtomobil yolunda təhlükəli manevr qəza ilə nəticələnib.
Qanuntv.az xəbər verir ki, hadisə zamanı VAZ-2115 markalı minik avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub.
Hadisə qəzadan son anda yayınan digər avtomobilin qeydiyyat kamerası tərəfindən lentə alınıb.
Məlumata əsasən, VAZ-2115 markalı avtomobil təhlükəli manevr edərək qarşıdan gələn yük maşınının hərəkət zolağına çıxıb və nəticədə toqquşma baş verib. Arxadan hərəkətdə olan digər nəqliyyat vasitəsinin sürücüsü isə qəzanı son anda görərək toqquşmadan yayınmağa müvəffəq olub.
Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.
Hadisə zamanı ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Qanuntv.az





