
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana Azərbaycanla bağlı səsləndirdiyi xoş sözlərə görə təşəkkür edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Prezident İlham Əliyev paylaşımında bildirib:
«“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”.»
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian da son açıqlamasında müharibə zamanı Azərbaycanın İrana müxtəlif istiqamətlərdə əhəmiyyətli dəstək göstərdiyini bildirib.
Pezeşkianın sözlərinə görə, Azərbaycanla aparılan danışıqlardan sonra bank, səfirlik və marşrutlarla bağlı məsələlər yenidən bərpa edilib.
“İki saatlıq söhbətdən sonra onlar hər şeyi yenidən açdılar. Bank, səfirlik və marşrutlar – hər şey yenidən açıldı. Müharibə zamanı onlar müxtəlif istiqamətlər üzrə bizə əhəmiyyətli dərəcədə kömək edirdilər”, – deyə İran Prezidenti qeyd edib.
O, Azərbaycanın həm Rusiyaya, həm də öz tədarüklərinə dair məsələlərdə İranı müşayiət etdiyini və ehtiyac duyulan sahələrdə yardım göstərdiyini bildirib.





