
Gürcüstanın Marneuli bələdiyyəsinin Kürüstü Kəpənəkçi kənd sakini, 15 yaşlı Rəvan Əfəndiyev Tbilisidə göldə boğularaq həyatını itirib.
Qanuntv.az xəbər verir ki, hadisə ötən gün Tbilisi gölündə baş verib.
Məlumata görə, Rəvan Əfəndiyev dostları ilə birlikdə gölə çimməyə gedib. Yeniyetmə suda olarkən qəfil boğulmağa başlayıb.
Hadisəni görən ətrafdakı şəxslər dərhal müdaxilə edərək onu sudan çıxarıblar. Lakin göstərilən ilkin yardımlara və müdaxilələrə baxmayaraq, 15 yaşlı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Allah rəhmət eləsin. Ailəsinə və yaxınlarına səbir diləyirik.





