
Qanuntv.az xəbər verir ki, 6 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
Mərasimdə Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidentini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Prezidentə raport verib.
Azərbaycan və Gürcüstan dövlət himnləri səsləndirilib, Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.













