
Qanuntv.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı regional və qlobal hadisələr, eləcə də NATO-nun gündəliyində duran əsas məsələlər müzakirə olunub.
Rəcəb Tayyib Ərdoğan NATO-nun Türkiyənin hava müdafiəsinə verdiyi dəstəyin alyans daxilində həmrəyliyin bariz nümunəsi olduğunu vurğulayıb.
Türkiyə prezidenti ölkəsinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması istiqamətində təşəbbüslərini davam etdirdiyini bildirib.
O, 2026-cı il iyulun 7-8-də keçiriləcək NATO-nun Ankara Sammitində alyansı gələcək çağırışlara qarşı daha güclü və effektiv edəcək qərarların qəbul olunacağına ümid etdiyini ifadə edib.





