
Qanuntv.az QOL.az-a istinadən xəbər verir ki, "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo 2025-ci ili həm klub, həm də milli komandada ümumilikdə 41 qolla başa vurub.
Lakin portuqaliyalı hücumçu 2009-cu ildən bəri ilk dəfə olaraq bir təqvim ilində het-trik edə bilməyib.
Ronaldo ötən gecə Səudiyyə Ərəbistanı Premyer Liqasının 12-ci turunda "Əl-İttifaq"la keçirilən oyunda 2:2 hesablı heç-heçə zamanı fərqlənib. Bu qol 40 yaşlı hücumçunun peşəkar karyerasında 957-ci qol olub.
Pro Liqanın cari mövsümündə Ronaldo 11 oyunda 13 dəfə qapını dəqiq nişan alıb ki, bunlardan 3-ü penaltidən vurulub.





