
Portuqaliya milli komandasında 7 nömrəli forma dəyişib.
Qanuntv.az xəbər verir ki, komandanın 7 nömrəli formasını bundan sonra “Milan”ın hücumçusu Rafael Leao geyinəcək.
Qeyd edək ki, uzun illər 7 nömrəli forma Kriştianu Ronaldoya məxsus olub. Ulduz futbolçunun milli komandanın düşərgəsini tərk etməsindən sonra forma Rafael Leaoya verilib.
Leao bununla Portuqaliya millisində Ronaldonun illərlə daşıdığı nömrəni geyinən futbolçu olub.





