
Bakıda keçirilən tarixi UFC gecəsində Azərbaycan təmsilçisi Rafael Fiziyev azarkeşlərə qələbə sevinci yaşadıb.
Qanuntv.az xəbər verir ki, gecənin əsas döyüşündə Rafael Fiziyev meksikalı döyüşçü Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan qarşılaşmada Fiziyev rəqibinə böyük üstünlüklə qalib gəlib. Azərbaycanlı idmançı ikinci raundda Manuel Torresi nokaut edərək görüşü vaxtından əvvəl başa çatdırıb.
Qeyd edək ki, Bakıda ilk UFC turniri 2025-ci ildə keçirilib və bu qarşılaşma Azərbaycan idman tarixində əlamətdar hadisələrdən biri kimi yadda qalıb.













