
Qanuntv.az xəbər verir ki, Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə “Real TV”nin çəkiliş qrupuna hücum edilib.
Hadisə məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılaraq həyatını itirməsindən sonra baş verib.
Hadisə ilə bağlı çəkiliş aparmaq üçün məktəbə gələn jurnalistlərə bir qrup şəxs tərəfindən hücum edildiyi bildirilir. Nəticədə telekanalın operatoru xəsarət alıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Təqsirli şəxslər barəsində müvafiq tədbirlərin görüldüyü qeyd olunur.





