• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib, Prezident çıxış edib - VİDEO - YENİLƏNİB-4 [xfvalue_red]

7 Ekm, 25 - 16:14

TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib, Prezident çıxış edib - VİDEO - YENİLƏNİB-4

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.

İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.

Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.

Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.

Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.

Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.

2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.

Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.

Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.

TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.

Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.

Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.

Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

Sağ olun.

X X X

Zirvə Görüşü digər dövlət və hökumət başçılarının çıxışları ilə davam edib.

X X X

Zirvə Görüşünə yekun vuran Prezident İlham Əliyev deyib:

- Hörmətli həmkarlar.

Əziz dostlar.

Bugünkü müzakirələrə verdiyiniz dəyərli töhfələr üçün hər birinizə təşəkkür edirəm. Səsləndirilən bəyanatlar və fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir.

Təşkilatımızın Katibliyinə və Ağsaqqallar Şurasına ümumi işimizə verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm. Əminəm ki, bugünkü Zirvə Görüşü dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcək.

Sağ olun!

X X X

Sonra Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Bəyannaməsinin imzalanması mərasimi olub.

X X X

Daha sonra çıxış edən Prezident İlham Əliyev deyib:

- Əziz dostlar.

Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik.

Bu Zirvə Görüşü çərçivəsində məscidin təməlqoyma mərasimi nəzərdə tutulub.

İndi bütün qardaş ölkələrin rəhbərlərini təməlqoyma mərasiminə dəvət edirəm.

X X X

Sonra məscidin təməlqoyma mərasimi keçirilib.

***

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

***

Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

***

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

***

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

***

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü başlayıb.

Bu barədə APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir.

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını qarşılayır.

Qeyd edək ki, Zirvə Görüşünün yekununda Bəyannamənin qəbul edilməsi, TDT+ formatının yaradılması, TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsinə dair sənədlərin imzalanması nəzərdə tutulur.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Qəbələdə TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək
backend
Prezident İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib
backend
Türk Dövlətləri Təşkilatının yeni BAYRAĞI
backend
Dövlət başçıları Ankara bəyannaməsini imzaladılar
backend
İlham Əliyev Səmərqənddə TDT-nin IX Zirvə Görüşündə çıxış edir - CANLI YAYIM
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 283

XƏBƏR LENTİ

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:244 Ekm
Ukraynada döyüşlərdə azərbaycanlı hərbçi həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:204 Ekm
Gəncədə bacı-qardaş kimyəvi maddədən yanıq xəsarətləri alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:184 Ekm
Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin Azərbaycana qaytarılması mümkündürmü? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:154 Ekm
Putindən Kadırovla bağlı mühüm tapşırıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:124 Ekm
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:104 Ekm
Sürücülərin nəzərinə: Piyadaların üzərinə su sıçratmağa görə 40 manat cərimə var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:064 Ekm
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi: İlkin Namazov vəzifəsindən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:044 Ekm
Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:574 Ekm
Tovuzda fərdi yaşayış evində yanğın: qadın xəstəxanada vəfat etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:554 Ekm
Müəllimlərə hədiyyə və pul qəbulu ilə bağlı xəbərdarlıq edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:143 Ekm
DTX-dan xəbərdarlıq: Kibercinayətkarlar süni intellektdən istifadə edirlər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:113 Ekm
Prezident: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:083 Ekm
FHN Aparatında struktur dəyişiklikləri həyata keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:053 Ekm
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:043 Ekm
“Azərsun Holdinq” ADEX 2026 sərgisində “Əsgər payı” məhsullarını təqdim edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:023 Ekm
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:593 Ekm
İlham Əliyev YAP-ın VIII Qurultayında: Qarşıda duran əsas vəzifələri açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:583 Ekm
Bakıda müdafiə sərgisi, Qarabağda birgə təlim: Siyasi-hərbi mesaj [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:523 Ekm
Hikmət Hacıyev: Ermənistan cəmiyyətində gördüyümüz bəzi məqamlar bizi narahat edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:483 Ekm
Türkiyədə iki hakim “Hakemlər işi” üzrə saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:432 Ekm
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı rəsmi açıqlamalar verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:402 Ekm
Ermənistanda Azərbaycan hərbçisi saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:372 Ekm
Bakıda mikromobillik zolaqlarının uzunluğu 67,5 kilometrə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:342 Ekm
Rafael Leao Portuqaliya millisinin yeni 7 nömrəsi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:302 Ekm
Londondan İstanbula uçan AJet təyyarəsində sərxoş sərnişin insident yaradıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:282 Ekm
Prezident İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:252 Ekm
Şamaxıda piyadanın ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:222 Ekm
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:202 Ekm
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:182 Ekm
Azərbaycanın sahillərini BARBAROS qoruyacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:021 Ekm
Türkiyədə 4 böyük klubun bəzi rəhbərlərinin mərc etdiyi iddia olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:001 Ekm
Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət 6 aya endirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:581 Ekm
Nikahsız ailə quranlarla bağlı YENİLİK: Erkən evlilik anlayışı dəyişir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:551 Ekm
Zakir Həsənov Haluk Görgünlə görüşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:511 Ekm
İldə 20 min manatdan çox pul köçürmələri ilə bağlı YENİ QAYDA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:461 Ekm
Hərbçilərin pensiya və əməkhaqqı sistemində dəyişikliklər təklif olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:431 Ekm
İlham Əliyev Böyük Britaniyanın müdafiə üzrə dövlət nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:401 Ekm
İlham Əliyev və Mehriban Əliyeva “ADEX 2026” sərgisi ilə tanış olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:361 Ekm
Ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:321 Ekm
Şəmkir rayon Çaparlı kənd ərazi inzibati dairəsinin nümayəndəsi Natiq müəllim — yerli idarəçilikdə məsuliyyət və vətəndaş məmnuniyyətinə xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4130 Eyl
İdris müəllim – sahibkarlıqda məsuliyyət və peşəkarlıq nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4830 Eyl
Xaliq Turan – səhiyyə sahəsində peşəkarlıq, məsuliyyət və insan amilini ön planda saxlayan rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1230 Eyl
Məzahir Abdullayev – peşəkarlığı, məsuliyyəti və insan amilinə yüksək dəyəri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1930 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə