
Ötən gecə Rusiya Silahlı Qüvvələri “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov şəhərinə hücum edib.
QanunTV.az xəbər verir ki, hücum nəticəsində azı 19 nəfər xəsarət alıb. Yaralananlar arasında gənc hamilə qadın və bir uşaq da var.
Məlumata görə, PUA zərbələri yaşayış binalarına və mülki infrastruktura ciddi ziyan vurub. Hadisə yerinə təcili tibbi yardım və xilasedici qüvvələr cəlb olunub.
Hazırda zərərin miqyası dəqiqləşdirilir, yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır.





