
Xəzər dənizinin səviyyəsi son illərdə davamlı şəkildə aşağı düşür və 48 il əvvəl qeydə alınmış rekord səviyyəyə yaxınlaşır.
Mütəxəssislərin bildirdiyinə görə, bu azalmanın əsas səbəbləri iqlim dəyişiklikləri, buxarlanmanın artması və çay axınlarının azalmasıdır. Xüsusilə Volqa çayının dənizə gətirdiyi suyun azalması su balansına ciddi təsir göstərir.
Tədqiqatçılar qeyd edirlər ki, suyun səviyyəsinin uzun müddət aşağı qalması dənizin ekosisteminə, sahil infrastrukturlarına və regional iqtisadi fəaliyyətə mənfi təsir göstərə bilər.
Hazırda Xəzərin səviyyəsi təxminən -28,7 metr civarındadır və bu, 1977-ci ildə qeydə alınmış ən aşağı səviyyəyə çox yaxındır.





